Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk yığıncağı keçiriləcək
18.10.11 19:39

Gələn həftə İzmirdə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk yığıncağı keçiriləcək. “KƏLAMİNFO” Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, oktyabrın 25-26-sı tarixlərində keçiriləcək toplantıda iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev xarici işlər, nəqliyyat, sənaye və energetika nazirləri ilə bərabər İzmirə gedəcək. Yığıncağa qatılmaq üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da həmin tarixdə İzmirdə olacaq.Yığıncaqdan əvvəl İzmirdəki Petkim sahəsində 5 mlrd. dollar dəyərində olacaq yeni bir neftayırma zavodunun təməli atılacaq. Neftayırma zavodunu SOCAR-ın Türk ortağı Turcas tikəcək. Petkim Əliağa Kompleksindəki neftayırma zavodunda Türkiyənin idxal etdiyi reaktiv yanacaq, ultra kükürdlü dizel, LPG kimi məhsullar istehsal ediləcək. İzmirdə həmçinin Petkim tərəfindən inşa edilən Heydər Əliyev adına Peşə Təhsil Məktəbinin açılışı olacaq. Yığıncaqda iki ölkə arasındakı ticari əlaqələrin inkişaf etdirilməsi müzakirələrin əsas mövzusu olacaq. İzmirdə bir sıra sənədlərin imzalanması gözlənilir. Məlumata görə, rəsmi Ankara Azərbaycanla siyasi əlaqələrdəki yaxınlığın iqtisadiyyatda daha çox əks olunmasını istəyir.
URL / WWW
http://kelam.az/article/a-4924.html