Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dövlət qeydiyyatına alınan dini icmalara şəhadətnamələr verildi
17.12.09 20:40

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) dövlət qeydiyyatına alınan dini icmalara şəhadətnamələrin təqdim edilməsi mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nin sədri Hidayət Orucov il ərzində bundan əvvəl də bir sıra dini icmalara yeni şəhadətnamələrin verildiyini söylədi. Ölkədə “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişiklərin edildiyini xatırladan H.Orucov bildirdi ki, sənədin müvafiq bəndinə əsasən ölkədə fəaliyyət göstərən bütün dini icmalar yenidən dövlət qeydiyyatından keçməlidirlər. Azərbaycanda mövcud dini durumdan bəhs edən H.Orucov sözügedən qanunun da ölkədə məhz dini tolerantlığın təmin edilməsinə xidmət etdiyini söylədi. Ölkədə bəzi qrupların bu sahədəki mövcud stabil duruma mənfi təsir göstərməyə cəhd etdiklərini qeyd edən H.Orucov bu istiqamətdəki mübarizə tədbirlərinə ölkədəki dini icmaların da qoşulmalı olduğunu bildirdi. Qeyd edək ki, sonda H.Orucov Ağdaş, Yardımlı, Quba, Sumqayıt, Astara, Sabirabad, Hacıqabul, Zaqatala, Masallı və Bakının Əzizbəyov, Səbail rayon və şəhərlərində fəaliyyət göstərən 30-a yaxın dini icmaya yeni şəhadətnamələr təqdim etdi. Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edilməyənədək ölkədə 534 dini icma dövlət qeydiyyatından keçmişdi.
URL / WWW
http://kelam.az/article/a-492.html