Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda 1 930 670 nəfər fərdi şəxsi hesabı olan sığortaolunan var
17.10.11 19:46

Oktyabrın 1-nə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 7,23 faiz artıb. Belə ki, cari ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 130 218 sığortaolunana fərdi şəxsi hesab açılıb. Fonddan “KƏLAMİNFO”ya verilən məlumata görə, nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 930 670 nəfərə yüksəlib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir - 1 079 495 nəfər. Fərdi şəxsi hesabı olan sığortaolunanların 851 175 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 476 736 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 412 398 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 439 502 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 412 400 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 189 634 nəfərdir.
URL / WWW
http://kelam.az/article/a-4918.html