Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Xələf Xələfov: Xəzərin hüququ statusunun müəyyənləşməsi ilə bağlı bu günə kimi çox iş görülüb
17.10.11 19:46

Xəzərin hüquqi statusu ilə bağlı İşçi Qrupun növbəti toplantısı Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini bildirib ki, İşçi Qrupun iclasının noyabrda keçirilməsi planlaşdırılsa da, dəqiq tarix hələlik müəyyənləşdirilməyib: “Lakin əsas görüşlərin Xəzəryanı ölkə başçılarının Moskvada keçiriləcək sammiti çərçivəsində baş tutması planlaşdırılır. Ehtimal var ki, bununla bağlı müzakirələr gələn il daha da intensivləşsin”,-deyən nazir müavini bildirib ki, Xəzərin hüququ statusunun müəyyənləşməsi ilə bağlı bu günə kimi çox iş görülüb, çox məsələ müzakirə edilib: “Lakin açıq qalan məqamlar sadə məsələlər deyil. Arzu edirik ki, gələn il Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr yekunlaşsın”.X.Xələfovun sözlərinə görə, İşçi Qrupunun ardıcıl görüşləri müəyyən dərəcədə Xəzərin hüquqi statusunun tezliklə müəyyənləşdirilməsinə müsbət təsir göstərə bilər: “Amma sammitlərin səmərəsi daha yüksəkdir. Çünki dövlət başçıları sammitlərdə iştirak edib müzakirələr aparırlar”.
URL / WWW
http://kelam.az/article/a-4917.html