Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Qarabağ erməniləri güclü dövlətin vətəndaşı olmaq istəyirlər”
17.10.11 19:46

“Son proseslər göstərir ki, ən azı aparıcı dövlətlər Dağlıq Qarabağ münaqişəsini həll etməyə maraq göstərir və bu fakt Azərbaycana çox sərf edir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloqun sözlərinə görə, çünki prinsip etibarı ilə bu konkret məsələdə Azərbaycanla aparıcı dövlətlərin mövqeləri üst-üstə düşür. “Söhbət Azərbaycanın ərazi bütövlüyündən, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsindən və Qarabağ probleminin danışıqlar prosesinin ikinci dövrü zamanı mərhələlərlə həllindən gedir. Bu gün üçün mütəmadi nazirlərin görüşü və bizim xarici işlər nazirinin bir sıra məsələlər üzrə irəliləyiş əldə edilməsi haqda bəyanat verməsi özü-özlüyündə müsbət faktdır. Bu, o deməkdir ki, tərəflər müəyyən məsələlərdə onların yaxınlaşmasına xidmət edən ümumi məxrəcə gələ biliblər”,-deyə F.Sadıxov vurğulayıb. Ekspertin fikrincə, artıq Dağlıq Qarabağ ermənilərinin də Ermənistan hakimiyyətinə qarşı ümidlərinin itməsi problemin həlli üçün əlverişli haldır. “Onlar güclü dövlətin vətəndaşı olmaq istəyirlər. Cənubi Qafqazda bu dövlət Azərbaycandır. Hərçənd ki, Dağlıq Qarabağ bizim əzəli torpaqlarımızdır”,-deyə politoloq bildirib.
URL / WWW
http://kelam.az/article/a-4916.html