Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputatlar Parlamentlərarası İttifaqın 125-ci sessiyasına gediblər
17.10.11 19:46

Bu gün İsveçrənin Bern şəhərində Parlamentlərarası İttifaqın 125-ci sessiyası keçiriləcək. Milli Məclisin deputatları Gülçöhrə Məmmədova, Əhliman Əmiraslanov, İlham Əliyev, Əhməd Vəliyev və Fuad Muradov tədbirdə iştirak etmək üçün bu ölkəyə yola düşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Sessiyada qurumun nizamnaməsi və qaydalarına dəyişikliklər edilməsi, BMT ilə əməkdaşlıq, nümunəvi idarəçilik və onun tətbiqi məsələləri, habelə aclıqdan əziyyət çəkən Somali əhalisinə yardım göstərilməsi barədə müzakirələr aparılacaq. Tədbirin sonunda qətnamənin qəbul edilməsi nəzərdə tutulub. Deputatlarımız sessiyada müzakirəyə çıxarılacaq məsələlərə münasibətlərini bildirəcəklər. Tədbir oktyabrın 19-a kimi davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-4914.html