Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan Müstəqillik Günü İsveçdə də qeyd olundu
17.10.11 19:46

İsveçin paxtaxtı Stokholmda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Federasiyası - İsveç təşkilatı tərəfindən Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata əsasən, Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimovun, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnur Əliyevin, Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfirliyinin əməkdaşları, Azərbaycan və Türk diasporunun nümayəndələrinin iştirak etdiyi tədbirə ümumilikdə 500-dək iştirakçı qatılıb. Tədbirdə səfir Rafael İbrahimov, Azərbaycan Federasiyası – İsveç təşkilatının sədri Səttar Sevgin və digərləri çıxış edərək Azərbaycan müstəqillik əldə etdiyi 20 il ərzində keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən danışıblar. Rəsmi hissədən sonra tədbirin bədii hissəsi olub və qonaqlar Azərbaycandan gəlmiş mahir ifaçı Nəzakət Teymurovanı dinləyiblər.
URL / WWW
http://kelam.az/article/a-4911.html