Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » BDU-da Şirməmməd Hüseynovun 85 illiyi qeyd edildi
18.12.09 03:40

Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, professor Şirməmməd Hüseynovun 85 illik yubileyinə həsr olunan mərasim keçirildi. KƏLAMİNFO xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsinin tələbə, müəllim heyyətinin və müxtəlif qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə universitetin rektoru Abel Məhərrəmov açdı. O, yubilyarı təbrik edərək, ona uğurlar arzuladı. A.Məhərrəmov Ş.Hüseynovun adını elm, jurnalistika tarixinə yazan insanlardan olduğunu söylədi. “Azərbaycan mətbuat tarixinin patriarxı Ş.Hüseynov hamının müəllimdir. Bu yubileydə iştirak etmək elmə, jurnalistikaya qiymət vermək deməkdir” - deyə, rektor vurğuladı. Sonra A.Məhərrəmov qocaman müəllimi Fəxri Fərman, pul mükafatı, Universitetin 90 illiyinə həsr olunan kitab və Leninqradda bir neçə nüsxədə hazırlanan xüsusi medalla təltif etdi. BDU-nun Mətbuat tarixi kafedrasının müdiri Şamil Vəliyev çıxış edərək Ş.Hüseynovun həyat və yaradıclığı ilə bağlı məlumat verdi. O, bildirdi ki, Ş.Hüseynov ilk azərbaycanlı alim, jurnalist adına layiq görülüb. Daha sonra məşhur alim, cərrah Cavad Heyyət, Coğrafiya fakültəsinin dekanı Müseyib Müseyibov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, professor Qulu Məhərrəmli, Nailə Muradxanlı, Rəşad Məcid və başqaları Ş.Hüseynovu təbrik etdi.
URL / WWW
http://kelam.az/article/a-491.html