Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Almaniyada Azərbaycan və Türkiyənin müstəqilliklərinin ildönümü qeyd edilib
17.10.11 19:46

Berlində Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü və Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü, eyni zamanda, Türk-Azərbaycan Birliyinin (TAB) tanıdılması münasibətilə bayram ziyafəti keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və Türk Cümhuriyyətinin Berlindəki Baş Konsulu Mustafa Polat iştirak edib. Türk-Azərbaycan Birliyinin sədri, alman Bundestaqının keçmiş üzvü Hakki Keskin Türk-Azərbaycan Birliyinin yaradılmasının tarixi, zərurəti və məqsədləri haqqında qonaqlara məlumat verərək bildirib ki, cəmiyyətin məqsədi “Bir millət, iki dövlət” ifadəsinin təsadüfi olmadığını işgüzar əməldə göstərməkdir. Səfir Pərviz Şahbazov Türkiyə Cümhuriyyətinin 88-ci və Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümlərinin birlikdə qeyd edilməsinin mühüm bir hadisə olduğunu qeyd edib. O, Türk-Azərbaycan Birliyinin sədri Hakki Keskinə alman Bundestaqında Azərbaycan həqiqətlərini tanıtmaq üçün siyasətçi kimi göstərdiyi fəaliyyətinə görə təşəkkürünü bildirib. “1991-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra onu tanıyan ilk ölkə Türkiyə olub və məhz bu münasibət Atatürkün və Heydər Əliyevin kəlamlarının Türkiyə-Azərbaycan münasibətlərini səciyyələndirir. 20 il ərzində Azərbaycan böyük uğurlar qazanıb və hər zaman Türkiyədən dəstək alıb. Türkiyə-Azərbaycan münasibətləri nəinki bütün türk dünyası, eləcə də bütün dünya üçün vacibdir və Azərbaycan-Türkiyə münasibətlərinin türk dünyasının birləşməsində mühüm rolu var”,-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4909.html