Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Kanada azərbaycanlıları müstəqillik gününü qeyd ediblər
17.10.11 19:46

Kanadada Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan-Kanada Türk Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türk diasporlarının nümayəndələri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. Azərbaycan-Kanada Türk Assosiasiyasının sədri Kəmalə Şiriyeva tədbir iştirakçılarına ölkəmizin müstəqillik tarixi, eləcə də Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Tədbir çərçivəsində təşkil olunmuş Azərbaycanın mədəniyyət və incəsənət nümunələrindən ibarət sərgi də qonaqların böyük marağına səbəb olub.
URL / WWW
http://kelam.az/article/a-4908.html