Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Danimarkadakı Azərbaycanın müstəqillik gününə həsr olunmuş tədbir keçirilib
17.10.11 19:46

Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbir keçirilib. “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Böyük Britaniya və Danimarka krallıqlarındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Azərbaycanın apardığı sülhməramlı siyasət, 20 il ərzində respublikanın qazandığı nailiyyətlər barədə danışıb. Tədbirdə Danimarka parlamentinin deputatı Hüseyn Arac, iqtidarda olan Sosial Demokrat Partiyasının liderlərindən biri olan Yıldız Adogan, Türkiyə və Ukraynanın Danimarkadakı səfirliklərinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnur Əliyev, Böyük Britaniyadakı Azərbaycan səfirliyinin ikinci katibi Fərhad İsayev, Türk Cəmiyyətinin sədri Bahadır Gülər, Türkmən Cəmiyyətini sədri Yurtan bəy, Uyğur Cəmiyyətinin sədri Abdul Setdar, Çeçen Cəmiyyətinin sədri İlyas Musayev və Danimarka ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətini əks etdirən kitablar, broşürlər və Azərbaycana haqqında film nümayiş etdirilib. Daha sonra Azərbaycan musiqi nömrələri səslənib. Danimarka Universitetinin professoru Karl Erik Fredeskov və politoloq Vetslav Kicilenko qonaqlar adından azərbaycanlıları Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik edib, ölkəmizin tanıdılması və təbliği üçün bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu vurğulayıblar.
URL / WWW
http://kelam.az/article/a-4907.html