Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ermənistan tərəfindən işğal olunmuş ərazilər transmilli cinayət üçün istifadə olunur
18.10.11 02:46

Bu gün Bakıda Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Beynəlxalq konfrans öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, tədbirin açılışında Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan məktubunu oxuyub. Konfransın açılışında baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Azərbaycanda narkotiklərlə mübarizə sahəsində aparılan işlər, qanunvericilik bazasının təkmilləşdirilməsi barədə məlumat verib. Ə.Həsənov qeyd edib ki, 2010-cu ildə ölkədə 25 489 nəfər narkotik istifadəçisi qeydə alınıb ki, bu da mütəxəssislərin fikrincə, real rəqəm deyil.Ə.Həsənovun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur. Azərbaycan tərəfdən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlərdən danışan Ə.Həsənov deyib ki, 2008-2010-cu illər ərzində 7108 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, bununla bağlı 9346 cinayət işi açılıb: “Arzuolunmaz göstəricilərdən biri odur ki, heroin kimi narkotik vasitənin dövriyyəsi artıb. 2008-2010-cu illər ərzində 581 kq heroin ələ keçirilib. Bu da əvvəlki 3 illə müqayisədə 1,9 dəfə çoxdur. Eyni zamanda 2008-2010-cu illərdə 5150 kq həşiş, 498 kq tiryək, 28,6 kq metafitamin qanunsuz dövriyyədən çıxarılıb”.
URL / WWW
http://kelam.az/article/a-4905.html