Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “The Richmond Folk Festival”ında ölkəmizi muğam cütlüyü təmsil edir
15.10.11 02:41

Bu gün ABŞ-ın Virciniya ştatında Beynəlxalq Musiqi Festivalı start götürüb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “The Richmond Folk Festival” adlanan beynəlxalq festivalda ABŞ, Böyük Britaniya, İslandiya, Hindistan, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçiləri iştirak edəcəklər. Azərbaycanı isə festivalda instrumental muğam cütlüyü – kamançada İmamyar Həsənov və tonbəkdə Peyman Hadadi təmsil edəcək. Qeyd edək ki, tanınmış kamança ustası İ.Həsənov bildirib ki, beynəlxal festivalda muğam cütlüyü Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ikinci pərdəsindən “Saray qızlarının rəqsi”, R.Əfəndiyevin “Rəqs”, C.Cahangirovun “İncəlik rəqsi”, həmçinin “Çobanlar rəqsi” və “Toy rəqsi” kimi el havalarını, “Şur”, “Mahur”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” muğamlarından ibarət kompozisiya təqdim edəcək.
URL / WWW
http://kelam.az/article/a-4902.html