Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Fəxriyyə Xələfova: “Təklif etdiyim ideyalar beynəlxalq tendensiyaya çevrilə bilər”
14.10.11 20:41

Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Gürcüstana gedəcək. Modelyerin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, səfərin məqsədi qonşu ölkədə keçiriləcək moda həftəsində iştirak etməkdir: “Oktyabrın 13-dən 16-dək Gürcüstanda moda həftəsi keçirilir. Bu ölkədə mütəmadi olaraq moda həftələri təşkil edilir və artıq beynəlxalq səviyyəli hesab olunur. Beynəlxalq ümumi moda qrafiki üzrə, məsələn, Milan, Paris, Nyu-York kimi Gürcüstanda da keçirilən moda həftəsi beynəlxalq səviyyəli sayılır. Adətən yerli dizaynerlər iştirak edir. Qonşu ölkə olaraq məni 2-ci dəfədir dəvət edirlər. Gürcüstan moda həftəsinin açılış və bağlanış mərasimlərində dünyada moda sahəsində tanınmış mütəxəssislər dəvət edilir. Mən bağlanış mərasimində iştirak edəcəm”. Gürcüsatan moda həftəsində Fəxriyyə Xələfova yeni 2012-ci ilin bahar-yay kolleksiyasını təqdim edəcək. Modelyerin sözlərinə görə, 25 geyimdən ibarət olan kolleksiya özünəməxsus rəng çalarları ilə seçilir: “Mənim yeni kolleksiyalarımı moda həftələrində təqdim etməyim artıq ənənə halını alıb. Bunun çox müsbət tərəfləri var. Əvvəla, bu, modelyerin mövsümlərə uyğun kolleksiyalar hazırlaması üçün bir stimuldur və bunun moda həftələrində təqdimatı modelyerin yaradıcılığı üçün bir piardır. Kolleksiyaya daxil olan 25 geyimdən biri gəlinlikdir. Geyimlərdə əsasən bənövşəyi, narıncı, açıq çəhrayı rənglərə üstünlük verilib. Yay kolleksiyası olmasına baxmayaraq, qara rənglərə də yer vermişəm, eləcə də boz və gümüşü rənglərdən istifadə etmişəm. Bu da mənim yeni tendensiyamdır ki, qara və gümüşü rəngi öz üslubumda, öz baxışımla bahar-yay üçün təqdim edirəm. Ümid edirəm ki, mənim təklif etdiyim ideyalar sonradan beynəlxalq tendensiyaya çevrilə bilər”.
URL / WWW
http://kelam.az/article/a-4901.html