Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gürcüstanın Azərbaycan dilli məktəbləri arasında 4-cü uşaq rəsm əsərlərinin müsabiqəsi keçirilib
17.12.09 20:40

Bu gün Tiflisdə Vernisaj Sərgi Salonunda Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Gürcüstanın Azərbaycan dilli məktəbləri arasında 4-cü uşaq rəsm əsərləri müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə Heydər Əliyev Fondunun nümayəndəsi də iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gürcüstandakı səfirliyimizdən veriblər. Müsabiqədə Gürcüstanda fəaliyət göstərən 24 azərbaycan dilli məktəb iştirak edərək 368 uşaq rəsmlərini təqdim edib. Mükafatlar 16 şagirdə və 5 məktəbə təqdim olunub. Müsabiqənin əsas mükafatı – televizoru Heydər Əliyev Fondunun nümayəndəsi Marneulu orta məktəbinin 8-ci sinif şagirdi Türkan Yusifovaya təqdim edib. Sərgi və mükafatlandırma mərasiminə səfirlər, Gürcüstanda akreditə olunan diplomatik korpusların nümayəndələri, Gürcüstanın hökumət və parlament nümayəndələri, rəssamlar, Azərbaycan və Gürcüstanın KİV nümayəndələri iştirak edib. Qeyd edək, müsabiqənin Münsiflər Heyətinə məşhur gürcü rəssamı, Gürcüstan Rəsm Akademiyasının rektoru Gia Buxadze başçılıq edib.
URL / WWW
http://kelam.az/article/a-490.html