Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dünya yeni epidemiya ilə üzləşib
14.10.11 20:41

Dünya yeni bir epidemiya - piylənmə ilə üzləşib. 2015-ci ildə həddən artıq kökəlmədən əziyyət çəkən insanların sayı 2,3 mlrd. nəfərə çatacaq. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, 2020-ci ildə həddən artıq kökəlmə və artıq çəki dünya iqtisadiyyatına 30 trln. dollar ziyan vuracaq. Hər sutkada planetdə kökəlmədən əziyyət çəkənlərin sayı 3 min nəfər artır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 1980-ci ildən bəri gombulların sayı iki dəfə artıb. Buna səbəb insanların ucuz məhsullar - tərkibində duz, şəkər və piyli məhsullarla qidalanmasıdır. DST-nin rəhbəri Marqraet Çan bildirib ki, «əlbəttə, 7 milyard insanı doyuzdurmaq üçün tədbirlər görülməlidir. Lakin onları qeyri-sağlam qida ilə yedizdirmək gərək deyil. Planetin baş həkimi hökumətləri bütün mümkün imkanlarla ağır xroniki xəstəliklərin səviyyəsini aşağı salmağa çağırıb. İnsanları kökəldən ən birinci qidalar içərisində «fastfud»lar göstərilir. Bu biznes bütün dünyada çiçəklənmək üzrədir. Bir sıra Avropa ölkələri artıq buna əlavə vergi də tətbiq ediblər. Növbədə isə şirin qazlı sulardır”.
URL / WWW
http://kelam.az/article/a-4896.html