Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Asim Mollazadə ABŞ-a səfər edəcək
14.10.11 20:41

Milli Məclisin deputatı Asim Mollazadə oktyabrın 15-dən 22-dək ABŞ-da səfərdə olacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Millət vəkili Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcək. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşmış Monterey şəhər Şurasında qətnamənin qəbul edilməsi və Azərbaycan bayrağının qaldırılması nəzərdə tutulur. Səfər müddətində A.Mollazadə, həmçinin San Dieqo şəhərində Bakının Nəsimi rayonu və Svitzer Haylend qonşuluq tərəfdaşlığı layihəsinə həsr olunmuş mərasimə də qatılacaq.
URL / WWW
http://kelam.az/article/a-4894.html