Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fəzail Ağamalı: “Ayaz Mütəllibov Xocalıda qətlə yetirilən azərbaycanlıların ruhu qarşısında nə vaxt üzr istəyib?”
14.10.11 20:41

“Mən ona görə Ayaz Mütəllibova “eks-prezident” statusunun verilməsinin əleyhinə olmuşam ki, o, sovet dövrünün lideri olub. Burada şəxsi qərəzlikdən söhbət gedə bilməz”. Bu barədə “KƏLAMİNFO”ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı açıqlama verib. O qeyd edib ki, ortada tarixi faktlar var və bu, heç vaxt inkar oluna bilməz. “Onun dövründə Xocalı soyqırımı baş verdi. Bəs Ayaz Mütəllibov Xocalı faciəsində qətlə yetirilən azərbaycanlıların ruhu qarşısında nə vaxt üzr istəyib?” - deyə F.Ağamalı vurğulayıb. Millət vəkili hazırda parlamentdə eks-prezidentin statusu ilə bağlı müzakirəyə çıxarılacaq qanun layihəsində prezidentlik dövründə gördüyü hərəkət və hərəkətsizliyə görə inzibati və cinayət məsuliyyətindən azad olunmasına dair maddənin çıxarılmasını istəyir. “Məhz bu maddə A.Mütəllibovun Xocalı cinayətinə görə məsuliyyətdən azad olmasına imkan yaradır. Hazırkı layihədən belə çıxır ki, bu qanun Azərbaycan Sovet Sosialist Respublikası zamanında prezident seçilən Ayaz Mütəllibova da şamil oluna bilər. Amma Ayaz Mütəllibov müstəqil Azərbaycan Respublikası zamanında prezident seçilməyib” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4893.html