Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputat Avronest PA-nın iclasına qatılacaq
14.10.11 20:41

Milli Məclisin deputatı Rövşən Rzayev Avronest Parlament Assambleyasının prosedur qaydaları üzrə işçi qrupunun iclasında iştirak etmək üçün oktyabrın 16-da Belçikanın Brüssel şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Gürcüstan, Ukrayna, Moldova parlamentarilərinin də qatılacağı tədbirdə qurumun prosedur qaydaları barədə sənədin müzakirəsi nəzərdə tutulub. Toplantıda Avronest PA-nın Bürosunun və komitələrinin səlahiyyətləri, səsvermə qaydaları, siyasi qrupların, təsisatların rolu və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər oktyabrın 20-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-4892.html