Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bayram Səfərov: “Danışıqlar məntiqi nəticəsini verəcək"
14.10.11 20:41

"Əminik ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar öz məntiqi nəticəsini verəcək". “KƏLAMİNFO" xəbər verir ki, bu sözləri “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov "Azərbaycanın postkonflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabının təqdimat mərasimində bildirib. O qeyd edib ki, Azərbaycan gec-tez öz doğma torpaqlarına qayıdacaq: “Ermənistan bilməlidir ki, Azərbaycan bir qarış torpağından belə keçməyəcək. Bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan da başa düşməlidir ki, münaqişə nə qədər tez həll olunsa, regionda sülhün bərpası üçün bir o qədər müsbət hal olar. Gələcək nəslin də haqqıdır ki, bu torpaqlarda dinc, sakit yaşasın". İcmalararası görüşə gəlincə, B.Səfərov deyib ki, onlar bu görüş və danışıqlara hazırdırlar: "Biz doğma torpaqlarımıza qayıdacağıq. Biz bunu Ermənistana sübut etməyə də hazırıq”. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki mövcud vəziyyətə münasibət bildirən B.Səfərov deyib ki, ermənilər işğal altındakı torpaqları çətinliklə öz əllərində saxlasalar da, mövcud status-kvonu saxlamağa çalışırlar. Amma zaman Azərbaycanın xeyrinə işləyir".
URL / WWW
http://kelam.az/article/a-4891.html