Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elnur Aslanov: “Ermənistanın konstruktiv mövqe tutması üçün təzyiqlər artırılmalıdır”
14.10.11 20:41

“Ermənistanın istənilən ölkədən silah alması regionda stabilliyin bərpa edilməsinə maneələr yaradır. Ermənistanın istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də regionda apardığı siyasətlə bölgədə böyük qeyri-konstruktiv rol oynayır”. “KƏLAMİNFO”nun məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. E.Aslanov Araz Əzimovun Rusiyanın münaqişənin həllində bəzi korrektələr etməsinin zəruriliyə fikrinə də münasibət bildirib. O qeyd edib ki, burada söhbət istənilən dövlətin münaqişənin həllində daha fəal rol oynamasında gedir. Rusiya, Fransa və ABŞ Ermənistanın təcavüzkar siyasətinə etinasız yanaşmamalıdır. BMT-nin 4 qətnaməsinin yerinə yetirilmədiyini xatırladan E.Aslanov bunun da bir çox sual yaratdığını söyləyib. Qətnamələrin hələ də icra olunmaması dünya siyasətində ikili standartların mövcud olmasını göstərir: “Ermənistan danışıqlar masasından bəzən qaçmaqla, danışıqları uzatmaqla təbii ki, status-kvonu qorumağa çalışır və münaqişənin dondurulmuş şəkildə qalmasına nail olmaq istəyir. Ancaq Azərbaycanın mövqeyi ondan ibarətdir ki, status-kvo davam edə bilməz. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, status-kvo davam etməməlidir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bölgədə sülhün bərpası üçün Ermənistanın təcavüzkar siyasətinə qarşı olan mövqe dəyişməli və qınanmalıdır. Regionda Ermənistanın konstruktiv mövqe tutması üçün bu ölkəyə təzyiqlər artırılmalıdır”.
URL / WWW
http://kelam.az/article/a-4890.html