Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “Bratke Ermənistanın vaxt udmaq istədiyini bildirdi”
14.10.11 20:41

“ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağ məsələsi ilə bağlı dinləmənin keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü idi”. Bu barədə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, burada əvvəl həmsədrlərin müzakirələrdə qalması nəzərdə tutulmamışdı, bu, sonradan razılaşdırılıb. “Dinləmələrdən sonra ATƏT PA-nın üzvləri həmsədrlərsiz müzakirələr aparmalıydı. Biz bununla razılaşmadıq. Sessiyadan 1 gün əvvəl qərara gəlindi ki, həmsədrlər çıxış edəcək, sonra Anji Kaspişik məlumat verəcək. Daha sonra Azərbaycan və Ermənistan tərəfi çıxış edəcək və sonra debatlar olacaq. İlkin olaraq Bernar Fasye münaqişənin başlanması, tarixi, həmsədrlərin münaqişənin həlli ilə bağlı təklifləri və sair məlumatlar verdi. O söylədi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və ətraf 7 rayon Ermənistan tərəfindən işğal olunub. O, qaçqın və köçkünlər, girovlar barədə məlumat verdi. Münaqişənin həlli ilə bağlı 3 təklifin olduğunu və bu təkliflərlə heç bir tərəfin razı olmadığını dedi. Sonra Madrid prinsipləri barədə danışdı. Tərəflərin bu prinsipləri qəbul etməsini bildirdi” - deyə B.Muradova məlumat verib. Onun sözlərinə görə, dinləmədə hər 3 həmsədr status-kvonun dəyişdirilməsinin vacibliyini bildirib. “Bratke Ermənistan tərəfinin vəziyyətin bu şəkildə qalmasında maraqlı olduğunu, bundan Ermənistanın vaxt udmaq istədiyini bildirdi. Fasye isə dedi bunu “dondurulmuş” münaqişə adlandırmaq olmaz. Bu, həll olunmamış münaqişədir” - deyə vitse-spiker əlavə edib. B.Muradova deyir ki, bizi sülhə meyilli olmamaqda, hərbi büdcəmizi artırmaqda ittiham edirlər. “Biz dedik ki münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq, Madrid prinsiplərini qəbul etmişik” - deyə o bildirib.
URL / WWW
http://kelam.az/article/a-4888.html