Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil olunması təklif edilib
14.10.11 20:41

“ATƏT PA-da təklif etmişəm ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü təşkil olunsun”. “KƏLAMİNFO” xəbər verir ki, belə bir təkliflə bu gün parlamentdə keçirdiyi mətbuat konfransında Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edib. Vitse-spiker bildirib ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək məqsədilə keçirilə bilər. B.Muradova deyib ki, belə bir təkliflə ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağla bağlı keçirilən dinləmələrdə də çıxış edib. Onun sözlərinə görə, bu görüşün təşkil olunması o demək deyil ki, Azərbaycanla Ermənistan arasında hansısa sosial, siyasi və iqtisadi əlaqələr yaransın. “Bu, yuxarıda qeyd olunan anlama gəlməməlidir. Sadəcə olaraq, DQ-nin erməni icması Azərbaycan vətəndaşlarıdır və istər-istəməz onların Azərbaycan icması ilə görüşünün keçirilməsi, müzakirələrin aparılması zəruridir. Çünki onlar eyni ölkənin vətəndaşları olduğu üçün daha asan dil tapa, daha asan razılığa gələ bilərlər” - deyə B.Muradova vurğulayıb. B.Muradova qeyd edib ki, bu görüş əsnasında Azərbaycan Dağlıq Qarabağın gələcək sosial-iqtisadi inkişafı üçün nəzərdə tutduğu layihələrlə erməniləri tanış etməlidir. “Onlar anlasınlar ki, Azərbaycan dövləti Dağlıq Qarabağla bağlı çox güclü və iri layihələr nəzərdə tutub” - deyə MM sədrinin müavini əlavə edib. B.Muradova bildirib ki, icmaların görüşü Bakıda keçirilməlidir. Çünki onlar Azərbaycan vətəndaşlarıdır.
URL / WWW
http://kelam.az/article/a-4887.html