Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vitse-spiker: Amnistya aktı ilə bağlı təklifə baxmağa hazırıq
14.10.11 20:41

“Milli Məclisin oktyabrın 18-də dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçiriləcək xüsusi iclasında “Amnistiya haqqında” qanun layihəsinin qəbul olunacağı ilə bağlı hazırda heç bir müraciət yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, buna baxmayaraq, əgər iclas günü amnistiya ilə bağlı hansısa təkliflər olunarsa, parlament ona baxmağa hazırdır. “Nəzərə almaq lazımdır ki, amnistiya əfv deyil, bu bir qanun layihəsidir. Ona görə də bunun hazırlanması və qəbul olunması ciddi prosesdir. Əgər oktyabrın 18-i bununla bağlı hazır təkliflər bizə təqdim olunarsa, buna baxmağa hazırıq” - deyə B.Muradova vurğulayıb. O, əlavə edib ki, xüsusi iclas zamanı Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı çıxışlar olacaq.
URL / WWW
http://kelam.az/article/a-4886.html