Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » QMİ Türkiyənin Dini İşlər İdarəsi ilə bəyannamə imzalayacaq
14.10.11 23:41

Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyənin Dini İşlər İdarəsi Türkiyədə birgə bəyannamə imzalayıb. Eyni bəyannamə Azərbaycanda da imzalanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməzlə birgə Şəhidlər Xiyabanını ziyarət edərkən söyləyib. Şeyxülislam türkiyəli qonağın ölkə başçısı tərəfindən qəbul edildiyini də vurğulayıb. “Qonağımız prezident İlham Əliyev tərəfindən qəbul edilib, görüşdə dini münasibətlərin qurulması, inkişaf etdirilməsi, iki dövlət arasında dini və mənəvi əlaqələr, birlikdə separatizmə qarşı mübarizə, Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin PKK-nın Türkiyədə terrorçuluq fəaliyyətinə, narkomaniyaya qarşı mübarizə barədə fikir mübadiləsi aparılıb” - deyə o, əlavə edib. Mehmet Görməz öz növbəsində iki qurum arasında münasibətlərin daha da möhkəmlənəcəyini ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-4885.html