Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Fuad Ələsgərov: Hüquqşünasların beynəlxalq müdafiə vasitələrindən istifadə etmək imkanı təmin edilib
15.10.11 02:39

“Azərbaycanın yurisdiksiyasında olan şəxslərin hüquq və azadlıqlarını qorumaq məqsədilə beynəlxalq müdafiə vasitələrindən istifadə etmək imkanı təmin edilib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. Onun sözlərinə əsasən, daxili hüquq müdafiə mexanizmlərinin təsis edilməsi və təkmilləşdirilməsi ilə yanaşı, ölkə beynəlxalq konvensiyalara - BMT-nin, Avropa Şurasının, ixtisaslaşdırılmış beynəlxalq təşkilatların müqavilələrinə tərəfdar çıxıb və bununla da hüquqşünasların beynəlxalq müdafiə vasitələrindən istifadə etmək imkanı təmin edilib. “Respublikada həyata keçirilən son tədbirlər, o cümlədən yeni inzibati –iqtisadi məhkəmələrin yaradılması, “elektron hökumət” konsepsiyası çərçivəsində müxtəlif dövlət orqanlarının işində elektron xidmətlərin tətbiqi, habelə korrupsiyaya qarşı aparılan mübarizə məhz dövlətin Konstitusiyada təsbit edilmiş ali məqsədləri prizmasından nəzərdən keçirilməlidir” - deyə o qeyd edib. Fuad Ələsgərovun əlavəsinə görə, görülən tədbirlər insanların öz hüquqlarından istifadə etməsində süni maneələrin aradan qaldırılmasına, bu hüquqların müdafiəsi üçün məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılmasına, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının təmin edilməsinə və son nəticədə insan hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edir.
URL / WWW
http://kelam.az/article/a-4884.html