Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İsraildə müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib
14.10.11 20:39

İsrailin şimal paytaxtı - Xayfada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə çıxış edən İsrail Knessetinin deputatı, İsrail-Azərbaycan Parlamentlərarası qrupun sədri Robert İlatov Azərbaycan xalqını müstəqillik bayramı münasibətilə təbrik edib. “Azərbaycan xalqı müstəqillik illərində qazandığı nailiyyətləri ilə fəxr edə bilər. Bu gün Azərbaycan Cənubi Qafqazın geosiyasi və geoiqtisadi lideridir” - deyə R.İlatov qeyd edib. İsrailli deputat Azərbaycanda həmişə olmuş və indi də mövcud olan əsl milli və dini tolerantlıqla qürur duyduğunu bəyan edib. “Azərbaycan və İsrail bir-birini anlayan və qiymətini bilən strateji tərəfdaşlardır, iki ölkə arasındakı ticarət dövriyyəsi isə bizim tərəfdaşlığımız və əməkdaşlığımızın güzgüsüdür” - deyə R.İlatov vurğulayıb. “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətini üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman müstəqilliyimizin əldə olunmasının tarixi barədə məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-4883.html