Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir Fərid Şəfiyevin Kanadanın nüfuzlu “Diplomat & International Canada” jurnalında məqaləsi dərc olunub
14.10.11 20:39

Kanadanın nüfuzlu “Diplomat & International Canada” jurnalının 2011-ci il payız buraxılışında Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin “Azərbaycanda sərmayə imkanları genişlənir” (Investment opportunities abound in Azerbaijan) başlıqlı məqaləsi dərc olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər.Məqalədə ölkəmizin dünyada neft ixracatçısı kimi tanındığını qeyd edən səfir F.Şəfiyev, eyni zamanda, son illər ərzində Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı üçün bir sıra islahatlar həyata keçirdiyini vurğulayır. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən səfir 2010-cu ildə həmin sahədə istehsal olunan məhsulların xaricə ixracının həcminin əhəmiyyətli dərəcədə artdığını və ixrac olunan məhsulların keyfiyyətinin Avropa Birliyinin tələblərinə cavab verdiyini bildirir. Məqalədə Azərbaycan iqtisadiyyatının inkişafı, son illər ərzində əldə edilmiş uğurlar, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən verilmiş mükafat və təltiflər haqqında məlumat verilir. Həmçinin, məqalədə Azərbaycanın geniş sərmayə imkanlarına malik ölkə olduğu qeyd olunur. Azərbaycan ilə Kanada arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığa gəldikdə, bu istiqamətdə əlaqələrin inkişafı üçün geniş potensialın olduğu qeyd edilərək son illər ərzində qarşılıqlı ticarət dövriyyəsinin həcminin artdığı məqalədə bildirilir. Xüsusilə məqalədə Azərbaycanın Kanada ilə informasiya və kommunikasiya texnologiyaları, nativ və bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, qida sənayesi, turizm və sair istiqamətlərdə əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanır. Məqalədə kanadalı iş adamlarının Azərbaycanda həyata keçirilən sərmayə layihələrində fəal iştirakına ümid bəslənildiyi qeyd olunub.
URL / WWW
http://kelam.az/article/a-4881.html