Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Strateji Araşdırmalar Mərkəzi ümumrespublika müsabiqəsinin nəticələrini açıqlayıb
13.10.11 19:59

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə elan etdiyi ümumrespublika müsabiqəsinin nəticələrini açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə SAM-ın direktor müavini Gülşən Paşayeva müsabiqə haqqında məlumat verib. O bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq, münasibətlər, iqtisadiyyat sahələrində təhsil alan gənclərin oxuduqları sahələrdə müstəqilliyin keçdiyi yola dair analitik təhlil qabiliyyətlərini aşkara çıxarmaqdan ibarətdir. Onun sözlərinə görə, müsabiqəyə Bakıda və regionlarda, eləcə də xaricdə təhsil alan tələbələr tərəfindən 78 elmi məqalə təqdim edilib. Məqalələrin çoxu Bakı Dövlət və Qafqaz universitetlərinin tələbələri tərəfindən təqdim edilib. 10 nəfərin məqaləsi seçilərək qiymətləndirilib. Bunların arasında 1 nəfər qran-priyə layiq görülüb ki, bu da xaricdə iqtisadiyyat sahəsi üzrə təhsil alan tələbədir. G.Paşayeva qeyd edib ki, 13 nəfərə isə həvəsləndirmək üçün SAM-ın sertifikatları veriləcək. Müsabiqənin əhəmiyyətindən bəhs edən Mili Məclisin komitə sədri Ziyad Səmədzadə bildirib ki, müsabiqə Azərbaycanın gələcəyinə istiqamətlənib. Millət vəkili Səməd Seyidov qeyd edib ki, artıq Azərbaycan gəncliyi öz potensialını nümayiş etdirmək imkanı əldə edib. Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumun keçirdiyi qrant müsabiqələri, onlara ayrılan vəsait və bu müsabiqələrdə gənclərin çəkisindən bəhs edib. Sonda mükafatlar təqdim edilib. Qeyd edək ki, qran-priyə İsveçdə təhsil alan Abdulla Əlixanov layiq görülüb. 1-ci yer - 3 nəfər. Hüseynov Ariz (Qafqaz Universiteti), Səmrah Hümbətova (BDU), Ceyhun Əfəndiyev (İqtisad Universiteti), 2-ci yer - 3 nəfər. Gülnar Quliyeva ( BDU), Aynur Əhmədova (ADU), Qalib Nəsirov (Qafqaz Universiteti), 3-cü yer - 3 nəfər. Pərvin Eyvazov (BSU), Turac Əliyeva (BDU), Səbuhi Xəlil (Qafqaz Universiteti) Qeyd edək ki, qran-pri 1500, 1-ci yer 1000, 2-ci yer 500, 3-cü yer isə 300 manat pul mükafatına layiq görülüb.
URL / WWW
http://kelam.az/article/a-4879.html