Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » QHT-lər dövlət müstəqilliyinin 20 illiyini qeyd ediblər
13.10.11 19:59

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycanda QHT-lərin 20 ildə keçdiyi yoldan bəhs edib.O qeyd edib ki, bu illər ərzində QHT sektoru kifayət qədər inkişaf yolu keçib. “20 illik dövlət müstəqilliyi ərzində Azərbaycanda ictimai sektorun inkişaf tarixini şərti olaraq 4 mərhələyə bölmək olar. I mərhələ 1988-1993, II mərhələ 1993-2003, III mərhələ 2003-2007 və IV mərhələ 2007-2011-ci illəri əhatə edir” - deyə A.Quliyev vurğulayıb. O, qeyd olunan illər ərzində QHT-lərin inkişaf yollarından danışıb. Şura sədri deyib ki, 1997-2003-cü illərdə Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanan müqavilə əsasında ölkədə vətəndaş cəmiyyətinin inkişaf proqramı həyata keçirilib. Millət vəkili Məlahət İbrahimqızı isə QHT sektorunun inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. O qeyd edib ki, 2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi ölkədə ictimai sektorun inkişafı üçün yol açıb. Tədbirdə dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan “Azərbaycanda QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” adlı kitabın təqdimatı da olub. Kitab Azərbaycan QHT-lərinin yaranmasında və inkişafında xüsusi xidmətləri olmuş dövlət məmurlarının, deputatların və tanınmış QHT rəhbərlərinin məqalə və müsahibələrindən ibarətdir.
URL / WWW
http://kelam.az/article/a-4878.html