Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Status-kvonun saxlanılması regionda yeni müharibəyə səbəb ola bilər”
14.10.11 01:59

“Qarabağ münaqişəsində son nəticə kimi status-kvonun saxlanılması regionda yeni müharibəyə səbəb ola bilər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov söyləyib. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin səbrinin də bir həddi var. “Azərbaycan üçün ən prioritet məsələ öz ərazi bütövlüyünü bərpa etməkdir. Dağlıq Qarabağ münaqişəsi sonsuzluğa kimi belə həll olunmamış qala bilməz, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün öz ixtiyarında olan həm hüquqi, həm də digər vasitələrdən istifadə edəcək” - deyə şöbə müdiri bəyan edib. Əli Həsənov əlavəsinə görə, bu səbəbdən də ATƏT-in Minsk qrupu həmsədrləri böyük səylə çalışırlar ki, mövcud status-kvonu aradan götürsünlər. “Onlar da status-kvo-nun saxlanmasını qəbulolunmaz hesab edirlər. Azərbaycanı da bu status-kvonun dəyişdirilməsinə qədər başqa vasitələrə əl atmasından çəkindirməyə çalışırlar”.
URL / WWW
http://kelam.az/article/a-4877.html