Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Partiyalar daxili və xarici asılılıqdan qurtulmalıdır”
14.10.11 02:59

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov administrasiyanın Qanunvericilik və Hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevlə birgə Strasburqa yola düşəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə PA-nın şöbə müdiri Əli Həsənov öz açıqlamasında bildirib. Onun sözlərinə əsasən, Venesiya Komissiyasında “partiyaların dövlət büdcəsindən maliyyələşməsi” haqqında qanun müzakirəyə çıxarılacaq. “Prezident Aparatı tərəfindən hazırlanan qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyasına müzakirəyə təqdim edib. Bu gün də daxil olmaqla, yəqin ki, 3-4 günə rəylər nəzərə alınaraq qanunun müzakirəsi başa çatacaq. Bu olduqca zəruri layihədir, Azərbaycan elə bir səviyyəyə çatıb ki, öz partiyalarını özü maliyyələşdirmə imkanına malikdir. Düşünürük ki, ölkə partiyaları da öz növbəsində daxili və xarici asılılıqdan qurtulmalıdır” - deyə Əli Həsənov əlavə edib. Şöbə müdiri qeyd edib ki, partiyaların maliyyələşdirilməsində nəzərə alınacaq məsələlər ilk olaraq onların seçkilərdə fəal iştirakı, seçkilərdə qazandığı səslərin miqdarıdır. O, həmçinin əlavə edib ki, beynəlxalq aləmdə bəzi ölkələrdə yalnız parlamentdə təmsil olunan partiyalar dövlət büdcəsindən maliyyələşdirilir. “Bütövlükdə bu məsələ beynəlxalq aləmdə partiyaların cəmiyyətdəki fəallığı və seçkilərdəki səs çoxluğu ilə ölçülür. Seçkidə iştirak etməyən partiyalar avtomatik olaraq maliyyələşmədən çıxarılır. Bizim Venesiya Komissiyasına təqdim etdiyimiz layihədə seçkidə iştirak prinsipi əsas götürülüb” – deyə Əli Həsənov söyləyib.
URL / WWW
http://kelam.az/article/a-4875.html