Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » TÜRKPA nümayəndə heyəti Beynəlxalq Parlament Birliyinin sessiyasında iştirak edəcək
13.10.11 19:59

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Ural Muhamejanovun rəhbərliyi altında TÜRKPA nümayəndə heyəti 16-19 oktyabr 2011-ci il tarixində Beynəlxalq Parlament Birliyinin İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək 125-ci plenar sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Səfər çərçivəsində bir çox ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, həmçinin TÜRKPA-nın fəaliyyəti ilə bağlı sessiya iştirakçılarına məlumat verilməsi nəzərdə tutulur. TÜRKPA Beynəlxalq Parlament İttifaqında müşahidəçi statusuna sahibdir.
URL / WWW
http://kelam.az/article/a-4873.html