Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hicran Hüseynova: “Nikahdan kənar doğulan uşaqların sayı xeyli azalıb”
13.10.11 19:59

“Nikahdan kənar doğulan uşaqların sayı bu il, ötən illərə nisbətdə xeyli azalıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib. Onun sözlərinə görə, respublikanın bütün bölgələrində bu problemlə bağlı maarifləndirmə işləri aparılır və bunun nəticə kimi bu il keçən illərə nisbətən nikahdan kənar doğulan uşaqların sayında azalma müşahidə edilib. “Bununla bağlı konkret rəqəm demək çətindir. Komitə hər rayon üzrə nikahdan kənar doğulan uşaqların siyahısını tutur, İcra Hakimiyyəti bu sahədə bizə böyük dəstək verir, profilaktik formada tədbirlər görürük ki, belə halların sayı azalsın”,-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4870.html