Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hazırda 90 dini icma dövlət qeydiyyatına alınıb
18.12.09 03:40

Bu günə qədər 90 dini icma dövlət qeydiyyatına alınıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov verib. Ümumilikdə rəhbərlik etdiyi quruma 400-ə yaxın dini icma tərəfindən müraciətin daxil olduğunu vurğulayan H.Orucov bildirib ki, hazırda quruma müracət edənlərin sənədləri öyrənilir və təkmilləşdirilir. Onun sözlərinə görə, 15 dini icmanın sənədləri hazırdır və sənədlər imzalanmaq üçün gün ərzində ona təqdim olunacaq. O əlavə edib ki, hər gün ən azı 5-7 dini icma qeydiyyata alınma ilə bağlı müraciət edir. H.Orucov qeydiyyata alınan dini icmaların 7-8-nin qeyri-islam, qalanları isə islam təmayüllü olduğunu söyləyib.
URL / WWW
http://kelam.az/article/a-487.html