Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Həssas qruplardan olan ailə, qadın və uşaqların hüquqlarının təşviqi” layihəsinin birinci mərhələsi başa çatıb
14.10.11 02:59

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı ilə həyata keçirdiyi “Həssas qruplardan olan ailə, qadın və uşaqların hüquqlarının təşviqi” layihəsinin birinci mərhələsi başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Komitənin sədri Hicran Hüseynova söyləyib. Komitə sədrinin sözlərinə əsasən, layihənin təşkilatçılıq işləri bitib, hazırda ekspertlər ölkəyə dəvət edilirlər və ailə institutunun formalaşmasında beynəlxalq təcrübənin mənimsənilməsi üzərində iş aparılır. “Layihə 31 aktiv fəaliyyətdən ibarətdir. Hər bir fəaliyyət mərhələsinin nəticələri komitənin sözügedən sahədə potensialını daha da artırmağa xidmət edir. Tvinninq layihəsinə müraciət edərkən bu problemlərin bütün aspektləri Avropa İttifaqından dəvət olunmuş ekspertlər və komitəmizin əməkdaşları tərəfindən araşdırılıb. Bundan sonra layihədə iştirak üçün Avropa İttifaqına üzv dövlətlər arasında tender elan edilib. Tenderdə Almaniya, Böyük Britaniya, İtaliya, Yunanıstan, İspaniya və Fransa iştirak edib. Aparılan seçimlər nəticəsində iştirakçı ölkə kimi Fransa seçilib”,-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4869.html