Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakıda “Məzun- 2011” respublika payız əmək yarmarkası keçirilir
13.10.11 19:59

Bu gün İqtisad Universitetində Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə “Məzun- 2011” respublika payız əmək yarmarkasının açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, açılışda universitetin rektoru, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, bu layihə 6 il əvvəl hər il keçirilməyə başlayıb. Rektor 6 il əvvəl ilə indiki vəziyyəti müqayisə edərək deyib ki, o vaxt yarmarkada çox az vakansiyalar təklif olunurdusa, artıq bu il bu vakansiyaların sayı 1000-ə çatdırılıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov belə yarmarkaların genişləndirilməsini Azərbaycanın inkişaf etməkdə olan gənc kadrları üçün müsbət hal hesab edib. “Bu gün 10 il əvvəlkindən fərqli olaraq Azərbaycanın kifayət qədər savadlı kadrları var. Bu kimi yarmarkalar həmin kadrlar üçün əsl fürsətdir”,-deyə nazir vurğulayıb. Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bu cür məzun yarmarkalarının gələcəkdə də davam edəcəyini vurğulayıb. Qeyd edək ki, yarmarkada 90-dan çox holdinq, şirkət və bank, 20-dən çox isə dövlət qurumları öz vakansiyaları ilə iştirak edir.
URL / WWW
http://kelam.az/article/a-4866.html