Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Hillari Klinton: İran terrorizmi getdikcə daha fəal dəstəkləyir
13.10.11 19:59

ABŞ-ın dövlət katibi Hillari Klinton İranı terrorizmi getdikcə daha fəal dəstəkləməkdə ittiham edib. «KƏLAMİNFO» «Assoşieyted Press»ə istinadən xəbər verir ki, o, Vaşinqtonda konfransda çıxışı zamanı qeyd edib ki, Tehran tərəfindən terrorizmə dəstəyin təhlükəli şəkildə artmasını müşahidə edir. Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinin öldürülməsi məqsədi ilə hazırlanmış sui-qəsddə İranın mümkün iştirakı haqqında məlumatı şərh edən Klinton vurğulayıb ki, Tehran öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır. Onun sözlərinə görə, ABŞ hakimiyyəti artıq İrana beynəlxalq təzyiqin gücləndirilməsinin mümkün üsullarını öyrənir. Klinton sui-qəsdi beynəlxalq normaları pozan «məsuliyyətsiz akt» adlandırıb.
URL / WWW
http://kelam.az/article/a-4863.html