Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycanın “Eurovision -2012” ilə bağlı ehtiyat variantları var
13.10.11 19:59

Azərbaycanda “Eurovision -2012” müsabiqəsinin keçirilməsi ilə bağlı ehtiyat variant kimi Tofiq Bəhramov adına Respublika Stadionunda da təmir aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O, qeyd edib ki, hazırda əsas tikinti Bayraq Meydanında aparılır. “Amma ehtiyat variant kimi Respublika Stadionu da “Eurovison” müsabiqəni qəbul edə bilər. Bununla yanaşı, Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi də müsabiqəni qəbul etməyə hazırdır. Amma həmin binanın müasir standartlara uyğunlaşdırılması üçün müəyyən işlər görülməlidir. Biz müsabiqəni keçirmək üçün heç bir problem görmürük. İnanıram ki, Azərbaycan 2012-ci ilin mayında müsabiqəni çox layiqli şəkildə keçirəcək”,-deyə nazir əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4860.html