Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision–2012” Milli seçim turuna 2 gün qaldı
13.10.11 19:59

“Eurovision–2012” üçün Milli seçim turu başlamaq üzrədir. “KƏLAMİNFO” İTV-yə istinadən xəbəbr verir ki, Eurovision Mahnı Müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Teleradio bu müsabiqə ölkəmizin təmsilçisini müəyyən etmək üçün Milli seçim turuna start verir. Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision” mahnı yarışmasında iştirak etmək arzusunda olanların sənədləri cari ilin oktyabr ayının 15-dən 25-dək anket formasında qəbul ediləcək. İTV-dən bildiriblər ki, müsabiqə tam olaraq “Eurovision” Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq. Qeyd edək ki, yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənənlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqə iştirakçılarının əsas üstünlüyü isə gözəl səsə, rəqsetmə bacarığına və səhnə mədəniyyətinə malik olmaları ilə ölçüləcək. Xatırladaq ki, möhtəşəm müsabiqənin Milli seçim turunda iştirak etmək istəyən hər bir kəs 3 ədəd müxtəlif rakursdan çəkilmiş fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti və xüsusi anket ilə oktyabrın 15-dən 25-dək İctimai Televiziyaya (ünvan - Şərifzadə küçəsi, 241) müraciət edə bilər.
URL / WWW
http://kelam.az/article/a-4859.html