Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Belçika Senatının Fəxri Prezidenti Əbülfəs Qarayevlə görüşüb
14.10.11 02:58

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Belçika Senatının Fəxri Prezidenti xanım Ann Mari Lizini qəbul edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Qarayev xanım Lizinə Azərbaycana və ölkəmizin Avropada tanınmasına və təbliğ olunmasında göstərdiyi xüsusi marağa görə öz təşəkkürünü bildirib və onun yenidən Bakıda görməyindən məmnunluğunu ifadə edib. Görüşdə Belçika, Avropa İttifaqı və Avropa Şurası ilə olan əlaqələr haqda fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində olan əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, xanım Anne Mari Lizin öz növbəsində Azərbaycanın turizm və mədəniyyət potensialı haqqında məlumatların Avropa ictimaiyyətinə çatdırılması ilə bağlı layihələrini cənab nazirin diqqətinə çatdırıb.Xatırladaq ki, xanım Ann Mari Lizin ilə Azərbaycan Turizm İnstitutun rektoru Cəfər Cəfərov arasında da görüş keçirilib. Görüşdə C.Cəfərov təhsil ocağı haqda qonağı məlumatlandırıb, tədris və gələcək inkişaf strategiyası ilə bağlı görüləcək işlərdən danışıb.
URL / WWW
http://kelam.az/article/a-4858.html