Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycanlı Qadınlar” Cəmiyyəti Finlandiya Azərbaycan Assosiasiyasına üzv oldu
12.10.11 19:30

Finlandiyada yeni təsis olunmuş “Azərbaycanlı Qadınlar” Cəmiyyəti Helsinkidə keçirilən toplantıda Finlandiya Azərbaycan Assosiasiyasına (FAA) üzv olaraq FAA nəzdində fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib. Bu barədə “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Təsisçilərin fikrincə, ayrı-ayrılıqda fəaliyyət göstərməkdənsə birləşib bir yerdə daha səmərəli işlər görmək daha məqsədəuyğun olacaq. “Azərbaycanlı Qadınlar” Cəmiyyətinin sədri Arzu Oqtay Azərbaycanı hərtərəfli tanıtmaq, Qarabağ həqiqətlərini Avropa xalqlarına çatdırmaq üçün Avropanın digər ölkələrində də fəaliyyət göstərən cəmiyyətlərin birləşib birgə fəaliyyət göstərmələrinin bütün dünya azərbaycanlılarının vahid Vətəni – Azərbaycana daha çox xeyir verəcəyini bildirib.Finlandiya Türk Cəmiyyətinin sədri Mine Eray yenicə yaranmış “Azərbaycanlı Qadınlar” Cəmiyyətinə fəaliyyətində uğurlar arzulayaraq özü də bu cəmiyyətə üzv qəbul olunmaq üçün müraciət edib.
URL / WWW
http://kelam.az/article/a-4855.html