Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Misir Mərdanov: “Müəllimlərin İKT bacarığını 5 il qabaqdakı səviyyə ilə müqayisə etmək olmaz”
13.10.11 03:30

“Məktəblərimizin demək olar ki, hamısında müasir İKT avadanlıqları quraşdırılıb. Müəllimlərimizin 70 minə yaxını müxtəlif İKT kurslarında iştirak edib və sertifikatlar alıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib. Nazir xatırladıb ki, müəllimlərin İKT bacarığını 5 il qabaqdakı səviyyə ilə müqayisə etmək olmaz. “Biz hər il “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqəsini həyata keçiririk. Bu müsabiqədə əvvəllər bir qayda olaraq müəllimlər və məktəb direktorları təqdimatlarını kağızın üzərinə baxmaqla keçirirdilər. Amma mən çox sevinirəm ki, bu gün bütün təqdimatların hamısı İKT-nın köməyi ilə həyata keçirilir”,-deyən M.Mərdanov hesab edir ki, təhsil sahəsindəki uğurlardan ən başlıcası İKT-nın bu sahədə tətbiqidir. Nazir xatırladıb ki, hazırda 1000-dən çox məktəb geniş zolaqlı davamlı internet şəbəkəsinə qoşulub. Qarşıya isə 1 şagirdə bir kompüter məsələsi qoyulub.
URL / WWW
http://kelam.az/article/a-4853.html