Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda hər 100 min nəfərə 1,3 intihar faktı düşür
12.10.11 19:30

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı açıqlamaya görə, bu gün Azərbaycanda hər 100 min nəfərə 1,3 intihar faktı düşür. Bu barədə “KƏLAMİNFO”ya ÜST-nin Bakı ofisindən bildiriblər. Ermənistanda isə bu göstərici 3,9 faktdır. Dünyanın ən çox intihar qeydə alınan ölkələrinin siyahısında Gürcüstan da var. Gürcüstanda hər yüz min nəfərə düşən intihar hadisələrinin sayı 8,8 nəfər təşkil edir. Qonşu ölkədə intihara daha çox kişilər meyillidir. Bu ölkədə intihar edənlərin 80 faizi kişilərdir. Reytinq cədvəli tərtib olunan zaman intihara cəhd halları nəzərə alınmayıb. ÜST-nin açıqladığı siyahıya əsasən, postsovet məkanında intihar hallarının çoxluğuna görə, Litva (hər 100 min nəfərə 71,7 fakt), Rusiya (64,3 fakt) və Belarus (57,5 fakt) ilk üçlükdə təmsil olunur. Liderlərin siyahısında Latviya (48,2 fakt) və Macarıstan da (50 fakt) yer alıb. Dünyada ən az intihar halları Cənubi Afrika Respublikası, İran, Yamayka, Haiti və Hondurasda qeydə alınıb. Qərbi Avropada isə bu sahədə ən yaxşı vəziyyət Avstriya, Danimarka, Almaniya və Norveçdədir.
URL / WWW
http://kelam.az/article/a-4852.html