Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramil Həsənov: “TürkPA Beynəlxalq Parlament İttifaqının sessiyasında müşahidəçi statusunda iştirak edəcək”
12.10.11 23:28

Beynəlxalq Parlament İttifaqının 125-ci plenar sessiyasında iştirak etmək üçün TürkPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlament Məclisinin sədri Ural Muxamadcanovun başçılığı altında TürkPA-nın nümayəndə heyəti İsveçrənin Bern şəhərinə səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə yap.org.az saytına TürkPA-nın baş katibi Ramil Həsənov məlumat verib. R.Həsənov bildirib ki, səfər 16-19 oktyabr tarixlərini əhatə edir. “Beynəlxalq Parlamennt İttifaqı dünyanın 155 dövlətinin parlamentini birləşdirən ən böyük təşkilatdır. 125-ci plenar sessiyada isə TürkPA rəsmi olaraq müşahidəçi statusu ilə iştirak edəcək. Həmçinin, nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulur. Bu da qurumun gələcək əlaqələrinin möhkəmləndirilməsi və yeni münasibətlərin qurulması məqsədini daşıyır”,-deyə R.Həsənov vurğulayıb. R.Həsənov qeyd edib ki, eyni gündə Beynəlxalq Parlament Baş katibləri Assosiasiyasının da 125-ci plenar sessiyası keçiriləcək: “TürkPA-nın baş katibi kimi bu tədbirdə iştirakım nəzərdə tutulur və “Palamentlərarası əməkdaşlığın möhkəmlənməsində regional beynəlxalq təşkilatların rolu” mövzusunda məruzə edəcəm”,-deyə o qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-4851.html