Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Fransanın regiona nüfuz etmək niyyəti var”
12.10.11 23:28

“Nikola Sarkozi çalışır ki, Fransanın Cənubi Qafqaza marağını nümayiş etdirsin və bu ölkələrlə mühüm strateji-iqtisadi, siyasi planlarının mövcudluğunu göstərsin. Fransa Cənubi Qafqazda gedən proseslərə aktiv təsir göstərmək niyyətindədir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, Fransa Avropa İttifaqında xüsusi çəkiyə malik olan dövlət kimi həmişə özünəməxsus mövqe tutub və proseslərin fərqli aspektə getməsində rol oynayıb. “Avropa arealında ABŞ-dan və digər nəhəng ölkələrdən fərqli siyasəti gündəliyə çıxarmaq və onu həll etməyi bacarmaq Fransanın imkanları çərçivəsindədir və bu baxımdan bizim regiona nüfuz etmək niyyəti var” - deyə deputat vurğulayıb. Z.Oruc deyir ki, son iki ildə Qarabağla bağlı Rusiyanın aktiv rəhbərliyi altında həmsədrlərin iştirakı ilə keçirilən görüşlərin heç bir nəticə verməməsi fonunda N.Sarkozi bölgədə nüfuz qazanmaq istəyir.
URL / WWW
http://kelam.az/article/a-4850.html