Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sumqayıtda müəllimlər üçün insan hüquqlarının tədrisi mövzusunda təlim təşkil edilib
17.12.09 20:40

Sumqayıtda orta ümumtəhsil məktəblərində çalışan gənc müəllimlər üçün insan hüquqlarının tədrisi mövzusunda təlim təşkil edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt İcra Aparatından verilib. Təlim Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə şəhər Gənc Müəllimlər Şurası, Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə həyata keçirilib. Sumqayıtda 5 gün davam edən bu təlimdə əsasən orta məktəblərdə şagirdlərlə sosial sahədə işləyən şəxslər - psixoloqlar, uşaq birliyi təşkilatlarının rəhbərləri, konstitusiya hüququ, insan və cəmiyyət dərslərini tədris edən müəllimlərdən ibarət 25 nəfər iştirak edib. Fəal təlim metodu ilə məktəblərdə şagirdlərə insan hüquqlarının tədrisinin vacibliyi, insan hüquqları anlayışı, diskriminasiya və növləri, ksenofobiya, uşaq hüquqları konvensiyası, insan hüquqlarında meydana gələn münaqişə mövzularını əhatə etməklə yanaşı, məktəblərdə insan hüquqlarının qorunması, himayə edilməsi və tədrisində müəllimlərin rolu haqqında iştirakçılar məlumatlandırılıb.
URL / WWW
http://kelam.az/article/a-485.html