Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avstriya prezidentinin rəsmi qarşılanma mərasimi olub
12.10.11 19:27

Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Federal prezidenti Haynts Fişerin rəsmi qarşılanma mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycan prezidenti və xanımı Mehriban Əliyeva Avstriya prezidenti Haynts Fişeri və xanımı Margit Fişeri səmimiyyətlə qarşılayıblar. Avstriyanın və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Haynts Fişerə, Avstriya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-4849.html