Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avstriya prezidenti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
12.10.11 19:27

Azərbaycanda rəsmi səfərdə olan Avstriyanın prezidenti Haynts Fişer Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. “KƏLAMİNFO” xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üstünə tər güllər düzüb. Sonra Avstriya prezidenti ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər Xiyabanını ziyarət edib. Avstriya prezidenti Haynts Fişer “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Avstriya dövlətinin başçısı Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. Ali qonağa paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
URL / WWW
http://kelam.az/article/a-4848.html