Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 971 müraciət daxil olub
12.10.11 02:56

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə cari ilin avqust-sentyabr ayları ərzində 971 müraciət daxil olub. Səhiyyə Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 566-sı (114-ü əsaslı, 452-si isə əsassız) şikayət, 244-ü sorğu xarakterli, 45-i aidiyyəti üzrə deyil, 116-sı isə cari problemlərlə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
URL / WWW
http://kelam.az/article/a-4835.html